31 iyul 2026 13:46
121

Almaniya XİN İsraili Qəzza zolağı ilə sərhəddə əlavə keçid məntəqələri açmağa çağırıb

Almaniyanın xarici işlər naziri Yohan Vadeful İsraili Qəzza zolağı ilə sərhəddə əlavə buraxılış məntəqələri açmağa çağırıb və Almaniyanın yerli əhaliyə humanitar yardım, eləcə də bərpa işlərində dəstək verməyə hazır olduğunu vurğulayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Vadeful «X» sosial şəbəkə hesabında yazıb 

"Qəzzadan ümidverici xəbərlər var: HƏMAS tərksilah üzrə «yol xəritəsi» ilə razılaşıb. ABŞ-nin Misir, Qətər, Türkiyə vasitəçiləri və Mladenovun dəstəyi ilə əldə etdiyi razılaşmanı alqışlayıram. İndi real irəliləyişə nail olmaq və HƏMAS-ın həqiqətən tərksilah olunması son dərəcə vacibdir", — deyə Vadeful qeyd edib.

Almaniya DİN rəhbəri, eyni zamanda, İsrailin beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsinə şərait yaratmaq istiqamətindəki addımlarını məmnunluqla qarşılayıb.