31 iyul 2026 14:05
116

Mərakeş gənclərin Seutaya gedişinin qarşısını almaq üçün nəzarət gücləndirib

Mərakeş hakimiyyəti gənclərdən ibarət qrupların Aralıq dənizi sahilində yerləşən İspaniyanın Seuta şəhəri istiqamətinə hərəkətinin qarşısını almaq üçün krallığın ən böyük nəqliyyat mərkəzlərində təhlükəsizlik və nəzarət tədbirlərini gücləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə «Maghreb Times» xəbər portalı məlumat yayıb.

Məlumata görə, Seutanın bilavasitə yaxınlığında yerləşən Fnidek şəhərinə çatmaq cəhdlərinin qarşısını almaq məqsədilə Mərakeşin bir neçə böyük şəhərində, xüsusən də Kasablankada demir yolu və avtovağzallarda profilaktik tədbirlər görülüb. Nəqliyyat qovşaqlarındakı təhlükəsizlik xidmətləri krallığın şimal bölgələrinə yollanan sərnişinlərin şəxsiyyətini yoxlamağa, gənclərin və yetkinlik yaşına çatmayanların hərəkətini izləməyə başlayıblar.

"Maghreb Times" qeyd edir ki, hakimiyyətin bu addımları sosial şəbəkələrdə Seutaya yaxın ərazilərə kollektiv səfərlər təşkil etmək barədə çoxlu sayda çağırışlardan sonra atılıb. Portala danışan təhlükəsizlik xidmətindəki mənbələr bildirirlər ki, sərhədi kütləvi şəkildə qanunsuz keçmək, xüsusən də üzərək digər tərəfə adlamaq cəhdlərinin yenidən baş qaldırması ilə bağlı ciddi narahatlıqlar var.

"Cadena SER" radiostansiyasının İspaniya DİN-in qiymətləndirməsinə istinadla verdiyi məlumata görə, son 24 saat ərzində 49 minə yaxın miqrant Seuta muxtar şəhərinə daxil ola bilər.

"Politico" nəşri yazır ki, Seutadakı sərhəd böhranı 2021-ci ildən bəri ən böyük miqrasiya dalğası olmaqla bütün ölkə üçün humanitar və sosial sahələrdə fövqəladə vəziyyət yaradıb.