31 iyul 2026 15:10
94

Sançes Seutaya miqrant axınını ərazi bütövlüyünün pozulması adlandırıb

Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərinə kütləvi miqrant axını İspaniyanın ərazi bütövlüyünün pozulması deməkdir.

“İki sahil” xəbər verir ki, bu barədə yaşayış məntəqəsinə səfər edən krallığın Hökumət sədri Pedro Sançes bəyan edib.

Baş nazirin çıxışı Nazirlər Kabinetinin saytında yayımlanıb.

Hökumət rəhbəri baş verənlərə kəskin münasibət bildirərək deyib: "Dünən baş verənlər hücumdur, İspaniyanın ərazi bütövlüyünün pozulmasıdır".