31 iyul 2026 20:37
76

548 cüdoçunun mübarizə apardığı U-17 Liqasının III turu başa çatdı

İyulun 31-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb. 

“İki sahil” xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 5 çəkidə 154 cüdoçu qüvvəsini sınayıb. Qızlar -48 kq, -63 kq; oğlanlar isə -60 kq, -81 kq, +90 kq çəki dərəcələrində mübarizə aparıb. 

Yarışda ümumilikdə 83 klub və idman cəmiyyətindən 548 cüdoçu (433 oğlan, 115 qız) iştirak edib. 

Mükafatçıları təqdim edirik:

Qızlar

-48 kq

1. Fatimə Fərmanzadə (RKİM)
2. Gilas Hüseynova (RKİM)
3. Mədinə Hüseynova (Saray İK)
3. Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-63 kq
1. Zilan Hüseynli (Şağan OİK)
2. Səma Vəlizadə (Neftçi Sumqayıt)
3. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nəzakət Vəliyeva (Qədiroğlu İK)

Oğlanlar

-60 kq
1. İlham Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
3. Ayxan Abbaszadə (Goranboy UGİM)
3. Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
-81 kq
1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Nemət Ələsgərov (Qəbələ İK şəhər)
3. Oktay Bəndəliyev (Arifoğlu İK)
3. Ömər Atayev (Judo Club 2012)
+90 kq
1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. İdris Xanbalayev (Ordu İdman Klubu)
3. Nazim Ağayev (FHN İSK)
3. Ruslan Kazımlı (Gəncə şəhəri 1 nömrəli UGİŞM)