31 iyul 2026 23:00
107

Cozef Aun: Bofort yaxınlığındakı partlayışlar İsraillə danışıqlara təhlükə yaradır

Livan Prezidenti Cozef Aun bildirib ki, İsrail ordusu tərəfindən ölkənin cənubundakı Bofort qalası ərazisində törədilən partlayışlar tərəflər arasında bu yaxınlarda əldə olunmuş çərçivə sazişi üçün birbaşa təhlükə yaradır.

“İki sahil” "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanasının bəyanatında deyilir.

Aunun sözlərinə görə, baş verənlər son dərəcə təhlükəli eskalasiyadır və əldə edilmiş saziş çərçivəsində başlanan prosesi təhlükə altına alır.

Livan lideri həmçinin qeyd edib ki, insident tərəflər arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan növbəti danışıqlar raundu ərəfəsində baş verib.

Onun sözlərinə görə, davam edən danışıqlar prosesi fonunda bu cür hərəkətlər mənfi siqnallar göndərir.