ABŞ-nin Kaliforniya ştatında beşinci nəsil "F-35" qırıcı təyyarəsi qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" telekanalı "Miramar" hərbi hava bazasının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Dəniz Piyadaları Korpusunun "F-35B" təyyarəsinin iştirakı ilə A sinifli qəza bazanın ətrafında baş verib, yerə düşdükdən sonra hava gəmisi alışıb. Pilot katapult etməyi bacarıb, lakin hələlik onun səhhəti, eləcə də hadisənin səbəbləri barədə məlumat verilmir.
Bir "F-35"in orta qiyməti 80 milyon dolları aşa bilər.
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib