01 avqust 2026 02:06
91

Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib

Tatarıstanda ("SİBUR" neft-qaz-kimya holdinqinə daxil olan) "Nijnekamskneftexim" ASC-nin ərazisində yanğın baş verib,

“İki sahil” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.

"İşə çevik reaksiya xidmətləri cəlb olunub. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yoxdur", - məlumatda deyilir.

Bakı vaxtı ilə saat 23:16-ya olan vəziyyətə görə yanğın ocağı lokallaşdırılıb.

"Akkreditə olunmuş laboratoriyaların mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinin monitorinqi aparılır, onun nəticələri müəssisənin saytında və rəsmi sosial şəbəkələrdə yayımlanacaq", - şirkətdən dəqiqləşdirilib.

Yanğının səbəbləri araşdırılır.