01 avqust 2026 08:15
106

Hindistanda "Meta" şirkətinə qarşı cinayət işi açılıb

Hindistanın kibercinayətkarlıqla mübarizə polisi imtahan vərəqələrinin sızdırılmasına etirazlar fonunda Baş nazir Narendra Modiyə qarşı yönəlmiş saxta materialların yayılması səbəbindən "Meta" şirkətinin yerli ofis rəhbərinə, həmçinin bir neçə "Facebook" və "Instagram" hesabının idarəçilərinə qarşı iki cinayət işi qaldırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Məhkəmə iddiaları baş nazirin təhqiramiz xarakterli saxta video və şəkillərinin sosial mediada yayıldığını bildirən şikayətçilər tərəfindən qaldırılıb.

"Biz "Meta" şirkətinə cari istintaq tədbirləri və şikayətçilərin qeyd etdiyi, narahatlıq yaradan istinadlar haqqında rəsmi xəbərdarlıq yollamışıq. Bundan başqa, günahkarları aşkarlamaq və saxlanılmasını təmin etmək məqsədilə onlar haqqında lazımi informasiyanı toplamağa çalışırıq", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib.

İstintaq orqanları informasiya texnologiyaları və şəxsi çəlumatların qorunması haqqında qanunların müvafiq tələblərinə əsaslanaraq, "Meta"nın Hindistandakı bölmə rəhbərini və həmin sosial media hesablarını idarə edən şəxsləri cinayətkar kimi məsuliyyətə cəlb edib.