01 avqust 2026 08:42
99

Pentaqon hava hücumundan müdafiə sistemləri üçün Konqresdən 18,2 milyard dollar istəyib

ABŞ Müdafiə Nazirliyi İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə olunan hava hücumundan müdafiə sistemləri və digər sursat ehtiyatlarının bərpası üçün Konqresdən 18,2 milyard dollar əlavə maliyyə ayrılmasını istəyib.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, vəsait THAAD və “Patriot” hava hücumundan müdafiə sistemləri, SM-6 raketləri, həmçinin “Tomahawk” qanadlı raketləri və PrSM yüksək dəqiqlikli raketlərinin alınmasına yönəldiləcək.

Məlumata görə, bu tələb ABŞ administrasiyasının Konqresdən istədiyi 67 milyard dollarlıq əlavə maliyyələşdirmə paketinin tərkib hissəsidir.