01 avqust 2026 11:04
100

Dombrava: Latviya Belarusla sərhədi bağlayıb

Latviya Belarusla sərhədi bağlayıb, vətəndaşlara ölkəyə qayıtmaq üçün digər marşrutlardan istifadə etmələri tövsiyə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkələrdə məlumat verib.

"Texniki səbəblərə görə Latviya-Belarus sərhəd bağlanıb. Hələ Latviyaya qayıtmayanlardan digər marşrutlardan istifadə etmələrini xahiş edirik", - Dombrava qeyd edib.

Latviya Dövlət Sərhəd Xidmətindən "Paternieki" sərhəd nəzarət məntəqəsində informasiya sistemlərinin işində nasazlığın yarandığını və bu səbəbdən sərhəd nəzarətinin həyata keçirilməsinin müvəqqəti olaraq qeyri-mümkün olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, daha əvvəl Dombrava Latviya vətəndaşlarını Belarusa səfər etməkdən çəkinməyə çağırmışdı.