01 avqust 2026 12:52
106

Sabunçuda qadın qətlə yetirildi: Oğlu şübhəli bilinir

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, qəsəbədə yerləşən evlərin birində 1972-ci il təvəllüdlü Sevinc Məmmədova aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.