01 avqust 2026 15:04
120

Dunkan Norman Azərbaycan xalqını təbrik edib

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman Azərbaycan xalqını 1 Avqust - Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edərək xalq şairi Bəxtiyar Vahabzadənin "Ana dili" şerindən bir parça səsləndirib.

“İki sahil” xəbər verir ki, diplomat müvafiq videonu "X" sosial şəbəkəsindəki səhifəsində dərc edib.

"1 Avqust - Azərbaycan Əlifbası və Dili Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycan dilinin təmsil etdiyi zəngin ədəbi irsə dərin hörmətimi bildirirəm", - D.Norman qeyd edib.