İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"