Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən işğaldan azad olunmuş Kəlbəcər rayonunda yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hüquqi maarifləndirmə məqsədilə monitorinq həyata keçirilib.
“İki sahil” xəbər verir ki, şəxsi heyətlə keçirilən görüş zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, hərbi qulluqçulardan daxil olan bir müraciət yerində qəbul edilərək icraata götürülüb.
Monitorinq zamanı hərbi qulluqçuların qida təminatı, sağlamlıq hüququnun təmin olunması və xidmətin təşkili ilə bağlı əsgər yataqxanasına, yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə, eləcə də hərbi sirr təşkil etməyən digər ərazilərə baxış keçirilib, mövcud vəziyyət yerində qiymətləndirilib.
Sonda hərbi hissə rəhbərliyinə hərbi qulluqçuların hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı müvafiq tövsiyələr təqdim edilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub