01 avqust 2026 20:56
93

Milli Aviasiya Akademiyasının məzunları VI “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında

VI “Yüksəliş” müsabiqəsinin qalibləri arasında Milli Aviasiya Akademiyasının iki məzunu – Hava nəqliyyatı fakültəsinin məzunu Ağarəhim Klıçev və İqtisadiyyat və Hüquq fakültəsinin məzunu Anar Əlizamanlı da yer alıblar.
“İki sahil” xəbər verir ki, Ağarəhim Klıçev hazırda özəl sektorda kommersiya meneceri, Anar Əlizamanlı isə beynəlxalq şirkətlərdən birində baş hüquqşünas kimi fəaliyyət göstərir.
Bu uğur Milli Aviasiya Akademiyasının yüksəkixtisaslı kadr hazırlığı sahəsində əldə etdiyi nailiyyətlərin daha bir göstəricisi olmaqla yanaşı, məzunlarının ölkənin müxtəlif sahələrində uğurla təmsil olunduğunu bir daha təsdiqləyir.