01 avqust 2026 20:49
87

Lerik rayonunda zəlzələ qeydə alınıb

Avqustun 1-də saat 19:24-də Lerik rayonunda Lerik stansiyasından 22 kilometr şərqdə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3,6 olub, ocağı isə 24 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunub.