01 avqust 2026 23:48
157

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Azərbaycan döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.

Musayev ikinci raundda rəqibinə texniki nokautla qalib gəlib.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də ikinci qələbəsi olub. O, daha əvvəl Amerika Birləşmiş Ştatlarında keçirilən UFC turnirində çilili İqnasio Bahamondesi məğlub edib.