02 avqust 2026 15:42
123

Şəkidə 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəki şəhərində 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Şəki rayonunun Çeşməli kənd sakini, 58 yaşlı Vüqar Mustafayevi şəhərin Salman Mümtaz küçəsində elektrik cərəyanı vurub.

Məlumata görə, hadisə transformator yaxınlığında baş verib. Vüqar Mustafayev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

"Report"