02 avqust 2026 21:12
121

Bakıda çimərlik voleybolu turniri: Vilde və İlze Atvars çempion oldular

Bu gün Bakıda çimərlik voleybolu üzrə növbəti “Queen & King of the Court Mixed” turniri keçirilib.

“İki sahil” xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 komanda çempionluq uğrunda mübarizə aparıb. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak ediblər. Hər komanda bir qadın və bir kişi voleybolçudan ibarət olub.

Bütün rəqiblərini məğlub edən Vilde Atvars və İlze Atvars cütü turnirin qalibi adını qazanıb.

Yarışın sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə tac, diplom, medal, eləcə də Azərbaycan Voleybol Federasiyasının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Mükafatları VFM Şirkətlər Qrupunun brend meneceri Əli Yusubov, “Djevo” şirkətinin rəhbəri Cavid Salayev və “Fənərbahçe” klubunun Azərbaycandakı idman məktəblərinin direktoru Amin Həmzəyev təqdim ediblər.