04 avqust 2026 14:10
91

Qırğızıstanda xarici hərbçilərin olması barədə xəbərlər təkzib edildi

Qırğızıstan Prezidentinin Administrasiyası ölkə ərazisində xarici hərbi qulluqçuların olması haqqında yayılan məlumatları təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Qırğızıstan ərazisində hər hansı bir xarici dövlətin silahlı qüvvələri və ya digər hüquq-mühafizə orqanları yoxdur. Bu, mümkünsüzdür", - deyə dövlət başçısının mətbuat katibi Askat Alaqozov sosial şəbəkələrdə vurğulayıb.

Hökumət nümayəndəsi qeyd edib ki, bu cür yalan məlumatları yayanların əsas məqsədi əhali arasında təşviş yaratmaqdır.