04 avqust 2026 14:13
95

Aİ-nin dörd ölkəsi miqrasiya böhranına görə İspaniyanı tənqid edən məktubu imzalamayıb

Avropa İttifaqının (Aİ) dörd ölkəsi İspaniyanın Seuta anklavına kütləvi miqrant axınından sonra təcili aksiya keçirilməsini tələb edən tənqidi məktubu imzalamaqdan imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə «Politico» nəşri məlumat yayıb.

Sözügedən sənəd avqustun 1-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanlanıb və Aİ-yə üzv olan 22 ölkə tərəfindən imzalanıb.

«Politico»nun dəqiqləşdirdiyinə görə, məktubu imzalamaqdan imtina edən dövlətlər aşağıdakılardır: İrlandiya (Aİ Şurasına sədrliyi həyata keçirir), Fransa, Portuqaliya və Lüksemburq.

Bu dövlətlərdən birinin diplomatı nəşrə bildirib ki, onların etirazına səbəb sənədin İspaniya ilə kifayət qədər həmrəylik nümayiş etdirməməsi və vəziyyəti daha da gərginləşdirməsidir.