G7 («Böyük Yeddilik») ölkələrinin əksəriyyəti dövlət borcuna xidmət göstərilməsinə (faiz ödənişlərinə) müdafiə sahəsinə ayırdıqları büdcə vəsaitindən daha çox pul xərcləyirlər. İstisna yalnız Almaniya və Kanadadır.
“İki sahil” xəbər verir ki, bu barədə «Scope Ratings» reytinq agentliyinin hesablamalarına istinadla "Bloomberg" məlumat yayıb.
Nəşrin materialında qeyd olunur ki, Almaniya istisna olmaqla, «Böyük Yeddilik» üzvlərinin hər birinin dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 100%-dən çoxunu təşkil edir. İtaliyada dövlət borcuna xidmət xərcləri müdafiə büdcəsindən təxminən 3 dəfə çoxdur. ABŞda borc faizlərinin ödənilməsi hərbi xərcləri iki dəfədən çox üstələyir. Böyük Britaniya və Fransada borc xərcləri müdafiə xərclərindən təxminən 2 dəfə çoxdur. İstisna təşkil edən Almaniyada istiqrazlar üzrə faiz ödənişləri müdafiə xərclərinin cəmi 35%-ni təşkil edir.
Məlumat üçün bildirək ki, bundan əvvəl NATO-nun Baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın alyans ölkələrindən müdafiə xərclərini artırmağı və silahlı qüvvələri modernləşdirməyi tələb etməkdə haqlı olduğunu bəyan etmişdi.