04 avqust 2026 14:40
81

Hərbi xərclər Yaponiya iqtisadiyyatını qoruyacaq?

Tokio hər il dərc olunan müdafiə üzrə «Ağ kitab»ını (White Paper) ictimaiyyətə təqdim edib. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi kursuna uyğun olaraq, 600 səhifəlik sənəd Yaponiyanın hərbi imkanlarını əvvəlki dövrlərlə müqayisədə daha böyük kəskinlik və böhran şüuru ilə artırmağa çağırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Milli təhlükəsizlik üçün əsas təhlükələr siyahısında ənənəvi olaraq Çin, Şimali Koreya və Rusiyanın hərbi fəaliyyəti, habelə bu ölkələr arasında artan əməkdaşlıq göstərilib. Sənədin əsas yeni vurğusu isə hərbi gücün sürətli artırılmasının yalnız ölkənin müdafiəsi üçün deyil, həm də silah istehsalına qoyulan investisiyalar hesabına iqtisadi artımı dəstəkləmək vasitəsi olması barədə gəlinən nəticədir.

Sənədin «Gələcəyin təhlükəsizliyi» adlı ön sözündə Yaponiyanın Müdafiə naziri Şindjiro Koidzuki müdafiə imkanlarının transformasiyasının vacibliyini qeyd edib. Çin «Böyük strateji çağırış» kimi qiymətləndirilib. Senkaku adaları üzrə ərazi mübahisəsi ilə yanaşı, Tokio və Pekin arasında münasibətlər keçən ilin sonunda Baş nazir Sanaye Takaitinin Çinin Tayvana hücumu zamanı Yaponiyanın özünümünfəət qüvvələrini cəlb edə biləcəyi barədə bəyanatından sonra kəskin pisləşib.

Tokio xüsusilə Moskva–Pekin və Moskva–Pxenyan oxu üzrə hərbi-siyasi yaxınlaşmanı böyük narahatlıqla izləyir.

Ukraynadakı münaqişənin dərslərini təhlil edən Yaponiya hökuməti müasir texnologiyalara, müdafiə startaplarına və hərbi istehsalatda kommersiya komponentlərinin istifadəsinə daha çox vəsait ayırmağı planlaşdırır.

«Ağ kitab»da vurğulanır ki, «müdafiəyə qoyulan investisiyalar ümumilikdə iqtisadiyyata və insanların həyatına fayda verir".