ABŞ Silahlı Qüvvələri İranla davam edən hərbi əməliyyatlar zamanı özünün yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini sərf edib.
“İki sahil” xəbər verir ki, bu barədə məsələdən xəbərdar olan mənbələrə istinadla "Reuters" agentliyi məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, söhbət ilk növbədə ABŞ Quru Qoşunlarının istifadəsində olan ATACMS və onları əvəzləyən yeni nəsil PrSM operativ-taktiki raket sistemlərindən gedir.
Agentliyin həmsöhbətlərindən ikisi ABŞ-nin bu tip raketlərin «faktiki olaraq hamısını» istifadə etdiyini qeyd edib. Dəqiq qalıq sayı açıqlanmasa da, ehtiyatların kəskin azalması hərbi ekspertlər daxilində ciddi narahatlıq yaradıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ehtiyatların tükənməsi ABŞ-nin Çin və Rusiya kimi digər potensial rəqiblərini çəkindirmə imkanlarını məhdudlaşdıra bilər.