04 avqust 2026 18:08
109

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı onu İrəvana səfərə dəvət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qazaxıstan Prezidenti Ermənistanın Baş nazirinin dəvətini qəbul edib.

Tokayev Paşinyanı yenidən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Öz növbəsində, Ermənistanın Baş naziri Qazaxıstan Prezidentinə avqustun 23-də Qurultaya keçiriləcək seçkilərdə uğurlar arzulayıb, onun həyata keçirdiyi daxili və xarici siyasətin strateji əhəmiyyətini və ardıcıllığını vurğulayıb.

N.Paşinyan və K.Tokayev həmçinin Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə dair bir sıra məsələləri müzakirə edib, eləcə də əməkdaşlığın gələcək inkişaf perspektivlərinə toxunublar.