04 avqust 2026 23:32
102

İsrail təklif olunan layihə ilə razılaşmır

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "Facebook" səhifəsində dərc olunan videomüraciətində bildirib.

İsrail Baş nazirinin sözlərinə görə, Ağ ev HƏMAS-ı silahsızlaşdırmağa və Qəzza zolağını silahsızlaşdırılmış zonaya çevirməyə məcbur edə biləcəyini düşünür. Lakin İsrail təklif olunan layihə ilə razılaşmır və artıq informasiya kampaniyası başlamazdan əvvəl öz şərh və qeydlərini göndərib.

"Bu bizim layihəmiz deyil. Biz öz maraqlarımızın arxasında möhkəm dayanırıq", - Netanyahu bəyan edib