05 avqust 2026 10:26
98

Rusiya və ABŞ kosmik gəmiləri birgə əməliyyat keçirəcəklər

Rusiya və ABŞ kosmik gəmiləri Beynəlxalq Kosmik Stansiyanı (BKS) orbitdən çıxarmaq üçün birgə əməliyyat keçirəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə «Ria Novosti» agentliyinə «Roskosmos»un nümayəndəsi bəyan edib.

«Stansiyanın planlaşdırılmış endirilməsi 2028-ci ildə başlayır», — deyə mənbə bildirib.

BKS-in orbitdən endirilməsi prosesinin təxminən iki il çəkəcəyi qeyd olunur.

Tərəflər «Roskosmos» və NASA arasında məsuliyyət bölgüsünə dair razılığa gəlmək niyyətindədirlər.