05 avqust 2026 13:22
108

Çin ABŞ-nin altı təşkilatına qarşı cavab sanksiyaları tətbiq edib

Çin hökuməti ABŞ-nin "məcburi əmək" ittihamı ilə tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ-nin altı təşkilatına qarşı məhdudiyyətlər qoyub.

“İki sahil” xəbər verir ki, bu barədə ÇXR Ticarət Nazirliyi məlumat yayıb.

Cavab tədbirləri Applied DNA Sciences, Stratum Reservoir, Altana Technologies, Responsible Business Alliance, Verite Group, habelə Human Rights in China təşkilatlarını əhatə edir.

Qərar xarici sanksiyalara qarşı mübarizə üzrə milli əlaqələndirmə mexanizminin təsdiqi ilə qəbul edilib.

Çin Ticarət Nazirliyinin bəyanatın da vurğulanıb: "Son vaxtlar ABŞ güya məcburi əməkdən istifadə bəhanəsi ilə Çin müəssisələrinə qarşı sanksiyalar tətbiq edib ki, bu da beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının kobud pozulmasıdır. Bu, həmçinin ölkəmizin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi qəsd kimi qiymətləndirilir".