05 avqust 2026 13:41
95

ABŞ-nin X-62A təyyarəsi süni intellektdən istifadə edərək hava hədəfini aşkar edib

ABŞ Hərbi Hava Qüvvələrinin X-62A (VISTA) sınaq təyyarəsi muxtar rejimdə keçirilən sınaqlar zamanı hava hədəfini aşkar etmək, izləmək və ələ keçirmək üçün süni intellektdən (Sİ) istifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) portalı məlumat yayıb.

Qeyd olunur ki, X-62A modeli "F-16" qırıcısının xüsusi dəyişdirilmiş versiyasıdır.

"X-62 VISTA platforması Sİ agentlərinin infraqırmızı sensorlardan gələn məlumatları real vaxt rejimində emal etmək və təyyarəni hava hədəfini muxtar şəkildə ələ keçirməyə yönəltmək qabiliyyətini nümayiş etdirib", — deyə Edvards aviabazasının bəyanatında bildirilir.

"Lockheed Martin" müdafiə şirkətindən bildirilib ki, 8 uçuş çərçivəsində süni intellektin idarəetməsi ilə 27 ələkeçirmə manevri uğurla yerinə yetirilib.

Sınaqlar zamanı canlı hədəf funksiyasını «T-38» təlim-məşq təyyarəsi icra edib.