05 avqust 2026 14:09
90

İsrail ordusu Qəzza zolağında raketlərin saxlanıldığı tuneli məhv edib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında yeraltı tuneli məhv etdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Obyekt anklavın cənubunda yerləşib və desant və mühəndis bölmələrinin birgə səyləri ilə partladılıb. Ordunun məlumatına görə, bu yeraltı keçiddən onlarla raketin saxlanılması üçün istifadə edilib.