05 avqust 2026 14:19
112

İnfantino FİFA-nın yüksəkrütbəli rəsmiləri ilə təcili iclas çağırıb

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilatın ali rəhbərliyi ilə təcili görüş keçirəcək.

“İki sahil” xəbər verir ki, AFP agentliyinin mənbələrə istinadla verdiyi məlumata görə, iclas Mərakeşdə baş tutacaq.

«Sky News» yazır ki, İnfantino bu addımı «öz ünvanına səslənən tənqidlər və FİFA-dakı nüfuzunun itirilməsi fonunda» atmaq qərarına gəlib.

«The Times» nəşrinin xəbərinə görə, ən böyük kontinental qurumlar — UEFA, CONCACAF və Asiya Futbol Konfederasiyası (AFC) İnfantinonun tezliklə istefaya göndərilməsinə çalışırlar. Buna səbəb onun Dünya Çempionatlarının kommersiya hüquqlarının bir hissəsini xüsusi investorlara satmaq üçün yeni FIFA Forward Enterprise (FFE) strukturunu yaratmaq planı olub.

İnfantinonun bu təşkilata rəhbərlik etməyi planlaşdırdığı və onun illik baza əməkhaqqısının bonuslar istisna olmaqla 30 milyon dollar təşkil edəcəyi bildirilirdi. Sert tənqidlər dalğasından sonra o, bu layihədən imtina etməli olub.

2027-ci ilin martında Mərakeşdə FİFA prezidenti seçkiləri keçirilməlidir. May ayında İnfantino növbəti müddətə namizədliyini irəli sürəcəyini bəyan etmişdi. Lakin FFE ideyasından sonra İngiltərə, Uels və Serbiya futbol federasiyaları ona verdikləri dəstək məktublarını geri çağırıblar.