05 avqust 2026 22:30
101

Gürcüstanda elektrik enerjisinin verilişi yenidən dayanıb

Bu gün Gürcüstanda elektrik enerjisinin verilişi növbəti dəfə dayanıb.

“İki sahil” xəbər verir ki, Gürcüstanın paytaxtı da daxil olmaqla bir neçə şəhərdə bu hal qeydə alınıb. Elektrik kəsilməsinin rəsmi səbəbi məlum deyil.

Bu, son bir ayda ölkə daxilində baş verən üçüncü genişmiqyaslı elektrik kəsintisidir. Bundan əvvəl elektrik enerjisi iyulun 24-də saat 00:10-da, həmçinin iyulun 25-də saat 08:00-da da kəsilib.

Gürcüstan Elektrik Enerjisi Tənzimləmə Komissiyası (GEC) ölkədə enerji sistemində baş verən genişmiqyaslı elektrik kəsintisinin səbəblərini araşdırmağa başlayıb. GEC sədri Davit Narmaniyanın sözlərinə görə, Gürcüstanda elektrik enerjisinin kəsilməsinə İmereti yüksəkgərginlikli elektrik ötürücü xəttindəki nasazlıq səbəb olub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti 24 və 25 iyul tarixlərində ölkə daxilində elektrik enerjisinin dayandırılması ilə əlaqədar araşdırma aparır.