06 avqust 2026 19:43
99

Livan və İsrail yeni qətnamə ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək

Livan və İsrail nümayəndə heyətləri Romada (İtaliya) ABŞ-nin himayəsi altında keçirilən danışıqların yeddinci raundunun gedişində yeni qətnamənin qəbul edilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmək barədə razılığa gəlib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qətnamə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı başa çatdıqdan sonra Livanın cənubunda təhlükəsizliyin təmin edilməsi üçün hüquqi əsas olacaq.

"UNIFIL-in missiyası başa çatdıqdan sonrakı dövr üçün əsas kimi yeni qətnamənin qəbul edilməsi məqsədilə Təhlükəsizlik Şurasına müraciət olunmasına dair razılıq əldə edilib", - telekanal mənbənin sözlərini sitat gətirir.

Əldə edilmiş razılaşmaların digər təfərrüatları verilmir.