07 avqust 2026 10:10
93

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir, lakin praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

"Ermənistan üçün Aİİ dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və xarici iqtisadi prioritetlərdən biri olaraq qalır. Bu yanaşma rəhbərliyi mənə həvalə edilmiş Ermənistanın yeni hökumətinin proqramında da öz əksini tapacaq", - o qeyd edib.