07 avqust 2026 11:13
80

Elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Paytaxtın Sabunçu və Xəzər rayonlarında, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik xətlərini sökərək naqilləri oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.