Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqustun 21-i saat 15:00-da Tovuzda rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, ictimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Tovuz rayonunda yerləşən Qazax-Tovuz Regional Filialına yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərlər.