07 avqust 2026 12:10
104

Yəmənin hava hücumundan müdafiə qüvvələri husilərə məxsus PUA-nı vurub

Yəmən ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri "Ənsar Allah" hərəkatının üsyançı husiləri tərəfindən Marib şəhəri istiqamətində buraxılmış pilotsuz uçuş aparatını (PUA) vurub.

“İki sahil” xəbər verir ki,  bu barədə "Aden al-Ghad" xəbər portalı hərbi mənbəyə istinadən məlumat yayıb.

"Əl-Məşhəd əl-Yəməni" xəbər portalı avqustun 7-si səhər saatlarında husilərin ballistik raketlər və PUA-ların tətbiqi ilə Maribə zərbə endirdiyini bildirib. Daha əvvəl hökumət qüvvələrinin birləşmiş əməliyyat komandanlığı üsyançıların Marib və Hədrəmiyyət vilayətlərindəki ordunun mövqelərinə hücumları nəticəsində 17 hərbçinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bəyan etmişdi.

Avqustun 6-da husilər ölkənin şərqindəki hərbi düşərgələrə raketlər və PUA-larla kütləvi zərbə endiriblər.