Gürcüstan Prokurorluğu ölkənin sabiq dövlət naziri Georgi Baramidzenin 1992-1993-cü illərdə Abxaziyadakı silahlı münaqişə zamanı gürcü hərbçilərinin abxaz hərbi əsirləri güllələməsi ilə bağlı dediklərinə görə dövlətə xəyanət və təxribat maddələri üzrə cinayət işi açıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə prokurorluğun bəyanatında deyilir.
Mixail Saakaşvilinin prezidentliyi dövründə avropapərəst və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri postunu tutmuş Baramidze daha əvvəl müxalifətçi Yaqo Xviçiyanın müəllif verilişində bildirmişdi ki, Abxaziya münaqişəsi zamanı gürcü tərəfi öz hərbçilərini əsirlikdən qaytara bilmirdi, çünki abxaz tərəfinə onların hərbçilərini təqdim edə bilmirdi. Baramidzenin sözlərinə görə, buna səbəb Gürcüstanın abxaz əsirlərinin olmaması idi, çünki onlar güllələnirdilər.
"Gürcüstan Baş Prokurorluğu dövlətə xəyanət və təxribat faktı üzrə araşdırmaya başlayıb. İstintaqın başlanmasına "Vahid Milli Hərəkat" partiyasının üzvü Georgi Baramidzenin Yaqo Xviçiyanın "Gürcüstanın doğulması" müəllif verilişində səsləndirdiyi Abxaziya müharibəsində əsirlərin mübadiləsi prosesinin qiymətləndirilməsi ilə əlaqədar Veteranların İşləri üzrə Dövlət Xidmətinin müraciəti əsas olub", – bəyanatda qeyd olunur.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb