07 avqust 2026 20:35
84

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının ödənilməsi “CityCard” ödəniş kartı, “BakıKart” mobil tətbiqi, istənilən bank kartı, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə mümkün olacaq.

“İki sahil” xəbər verir ki, sərnişinlər “CityCard” ödəniş kartını 3 AZN-ə Naxçıvan şəhərində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin rəsmi filiallarından əldə edə biləcəklər.

Yeni sistem şəhərdə fəaliyyət göstərən avtobuslarda tətbiq edilərək sərnişinlərə gedişhaqqını daha rahat, sürətli və təhlükəsiz şəkildə ödəmə imkanı yaradacaq.

Nağdsız ödəniş imkanlarının genişləndirilməsi ictimai nəqliyyatda rəqəmsal həllərin tətbiqinin artırılmasına və sərnişin təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.