İranda ağır yol qəzasında 6 nəfər ölüb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hadisə Salmas şəhərindən Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiyə şəhərinə gedən magistral yolda baş verib.
Belə ki, minik avtomobil ilə yüngül kommersiya avtomobilinin toqquşması nəticəsində 6 nəfər ölüb, 5-i yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.