08 avqust 2026 11:26
83

Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və daş kömür tədarükü həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.