09 avqust 2026 18:11
116

İsrail Qəzza ilə bağlı Sülh Şurasının planını rədd edib

İsrail Qəzza zolağı ilə bağlı Sülh Şurasının 15 bənddən ibarət planını rədd edir və radikal HƏMAS hərəkatı faktiki olaraq tərksilah edilənə qədər qoşunlarını Fələstin anklavından çıxarmayacaq. “İki sahil” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin hökumətinin həftəlik iclasının əvvəlində bildirib.

“İsrail 15 bəndlik planı rədd edir. İsrail Müdafiə Ordusu HƏMAS tərksilah edilməyənə qədər qoşunlarını geri çəkməyəcək. Mən HƏMAS-ın tərksilah edilməsindən danışarkən, ağır silahları, daha yüngül silahları, bütün növ silahları nəzərdə tuturam. Söhbət formal deyil, real tərksilahdan gedir”, – Netanyahu bildirib. Baş nazirin sözləri onun dəftərxanası tərəfindən yayımlanıb.

“Hazırda bu məsələni amerikalılarla müzakirə edirik. Onların bəzi ideyaları var, bəziləri bizim üçün məqbuldur, bəziləri isə qəbuledilməzdir və biz buna necə qarşı çıxacağımızı bilirik”, – Netanyahu əlavə edib.