09 avqust 2026 20:51
86

Tramp İranla müharibəni nüvə sazişi olmadan başa çatdırmağı düşünür

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı yeni saziş imzalamadan da münaqişəni başa çatdırmağa hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Tramp özəl söhbətlərdə yüksək vəzifəli köməkçilərinə nüvə sazişi bağlamadan münaqişədən çıxmaq istədiyini bildirib. O, həmçinin tabeliyində olan şəxslərə deyib ki, 2025-ci ildə İranın nüvə obyektlərinin məhv edilməsindən sonra Tehran onun prezidentlik müddətinin sonunadək nüvə proqramını bərpa edə bilməyəcək.

Trampın fikrincə, İranın buna cəhd göstərməsi halında ABŞ kəşfiyyatı bunu vaxtında aşkarlaya biləcək.

Vaşinqton Hörmüz boğazından gəmiçiliyin bərpasına nail olarsa və İranın nüvə proqramı üzərində nəzarəti saxlayarsa, Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzada və İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıra bilər.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda Tehranın günahlandıraraq İrana qarşı genişmiqyaslı zərbələri yenidən başlayıb.