Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone yeni mövsüm öncəsi komandanın hazırlığından narahat olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, "Goal" nəşrinin mlumatıan görə, argentinalı mütəxəssis dünya çempionatında iştirak edən futbolçuların hələ komandaya qoşulmamasının hazırlıq prosesinə təsir etdiyini deyib.
"Açığı, narahatam. Çünki çempionatın başlamasına cəmi doqquz gün qalıb. Biz hələ tam heyətlə məşq edə, hətta komanda şəklində oynaya bilməmişik. Şübhəsiz ki, müəyyən çətinliklərlə üzləşəcəyik və buna indidən hazırlaşmalıyıq".
Baş məşqçi yeni transfer Kanna İni Linin komandaya uyğunlaşması üçün zamana ehtiyac duyduğunu da bildirib:
"O, tədricən ehtiyac duyduğu və komandaya lazım olan oyun ritmini tapacaq. Bütün futbolçular kimi onun da uyğunlaşma prosesinə ehtiyacı var".