09 avqust 2026 22:51
95

Azarkeşlər Superkubok matçını boykot edəcək

PSJ-nin ən böyük azarkeş qrupu Fransa Superkubokunda "Lans"lə oyunu boykot etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

"Collectif Ultras Paris" (CUP) avqustun 16-da "Bollaert-Delelis" stadionunda keçiriləcək qarşılaşma üçün Lansa səfər etməyəcək.

Azarkeş qrupunun narazılığı oyunun neytral stadionda keçirilməməsi ilə bağlıdır. CUP həmçinin azarkeşlər üçün ayrılan biletlərin sayını ədalətli hesab etmir.

Qeyd edək ki, PSJ "Lans"la oyundan əvvəl UEFA Superkubokunda "Aston Villa" ilə qarşılaşacaq. Paris klubu Fransa Superkubokunun son qalibidir.