10 avqust 2026 21:35
120

“Qəbələ” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.

Məlumata görə, 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.