10 avqust 2026 22:14
86

"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib

"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.

Namik Ələskərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib.

2015/2016 mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namik Ələskərov Azərbaycan millisinin də formasını geyinib.