11 avqust 2026 00:18
76

La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər

"Rayo Valyekano" yeni mövsümdə La Liqada ilk ev oyununu öz stadionunda keçirməyə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.

Madrid klubu "Valyekas" stadionunda təhlükəsizliklə bağlı yaranan problemlərə görə alternativ arena axtarmağa məcbur olub.

"Rayo Valyekano"nun avqustun 20-də "Alaves"ə qarşı keçirəcəyi matçın "Leganes"in ev stadionu olan "Butarke"də baş tutması gözlənilir. Buna baxmayaraq Madrid təmsilçisi görüşü öz meydanında keçirmək üçün icazə almağa ümid edir.

Qeyd edək ki, "Rayo Valyekano" ötən mövsüm də "Atletiko" ilə ev oyununu "Butarke" stadionunda keçirib. Həmin vaxt klub stadionun icarəsinə təxminən 80 min avro ödəyib.