11 avqust 2026 14:24
117

“Sabah” – “Orxus” oyununa bütün biletlər satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda “Sabah” və Danimarkanın “Orxus” komandaları arasında keçiriləcək cavab oyununun bütün biletləri satılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Azarkeşlərə stadionda sıxlığın qarşısını almaq və tribunalara rahat şəkildə keçmək üçün matça ən azı 2 saat əvvəl gəlmələri tövsiyə olunub.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da oynanılacaq “Sabah” – “Orxus” qarşılaşması saat 20:00-da başlayacaq. İlk matçda rəqib 2:1 hesabı ilə qalib gəlib.