12 avqust 2026 09:29
167

RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK



Sentyabrın 13-də Dəniz Mall Ticarət Mərkəzinin qarşısındakımeydan gücün, sürətin, dözümlülüyün və komanda ruhununsınağa çəkiləcəyi böyük fitnes arenasına çevriləcək.
Red Bull Gym Clash Bakıya qayıdır və yerli fitnes icmasının ənhazırlıqlı və iddialı nümayəndələrini yenidən bir araya gətirəcək.
Ötən il Azərbaycanda ilk dəfə keçirilən yarış 40-dan çoxiştirakçını eyni meydanda topladı. Yüksək temp, tamaşaçılarınenerjisi, son saniyəyədək davam edən gərgin mübarizə vənəticənin sona qədər açıq qalması ilk Red Bull Gym Clash yarışını yadda qalan idman hadisələrindən birinə çevirdi.

SENTYABRIN 13-DƏ MÜBARIZƏ YENIDƏN BAŞLAYIR.

Dəniz Mall qarşısındakı meydanda hər saniyə qələbəyə gedənyolda önəm daşıyacaq. Yorğunluq artdıqca iradə, mübarizəgərginləşdikcə isə komanda ruhu ön plana çıxacaq. Tamaşaçıların enerjisi yarışın yüksək tempi ilə birləşəcək, meydanda güclə yanaşı çeviklik, dözüm və sona qədər mübarizəaparmaq əzmi də sınağa çəkiləcək. Red Bull Gym Clash məhzbu qarşıdurmanın yaratdığı həyəcanla həm iştirakçılara, həm dətamaşaçılara yadda qalan yarış günü yaşadacaq. Burada heç kimtək qalib gəlmir.
Red Bull Gym Clash fərdi yarış deyil. Burada hər bir nəticəninarxasında bütün komandanın birgə səyi dayanır.

Hər komanda dörd iştirakçıdan, iki qadın və iki kişidən ibarətdir. Lakin dörd güclü idmançının eyni komandada yer almasıqələbəyə zəmanət vermir. İştirakçılar bir birinin tempini hiss etməli, yükü düzgün bölüşdürməli, lazım olan anda məsuliyyətiüzərinə götürməli və yorğunluq artdıqca belə birlikdə irəliləməyibacarmalıdırlar.

Yarışın gedişində hər bir hərəkət əhəmiyyət daşıyır. Bir iştirakçının verdiyi qərar, göstərdiyi əlavə səy və ya qazandığıbir neçə saniyə bütün komandanın yekun nəticəsini dəyişə bilər.

Sürət, güc və dözümlülük yarışın ayrılmaz hissəsi olsa da, qələbəyə gedən yolda həlledici olan komandanın birliyi vəqarşılıqlı dəstəyidir. 

BAKIDAN DÜNYA SƏHNƏSINƏ UZANAN YOL.

2025-ci ildə Red Bull Gym Clash-in Azərbaycan üzrə milli mərhələsinin qalibi “Vikings Hammer” komandası oldu. Bu qələbə komandaya Afinada keçirilən ilk Red Bull Gym Clash Dünya Finalında Azərbaycanı təmsil etmək və müxtəlifölkələrin güclü komandaları ilə mübarizə aparmaq imkanıqazandırdı.
Bu il yarış meydanına yeni komandalar çıxacaq. Hazırlıq dahayüksək, rəqabət isə daha gərgin olacaq. Qarşıda Azərbaycanıbeynəlxalq arenada təmsil etmək üçün yeni bir fürsət var.
Tədbirin təşkilinə göstərdiyi dəstəyə görə “PASHA Malls” rəhbərliyinə, yarışın daha geniş auditoriyaya çatdırılmasınaverdiyi media dəstəyinə görə isə “CBC Sport” komandasınaxüsusi təşəkkürümüzü bildiririk.


Red Bull Gym Clash Azerbaijan 2026 yarışında iştirak etməkistəyən komandalar üçün qeydiyyat artıq başlayıb.
Qeydiyyat link: https://www.redbull.com/az-az/events/red-bull-gym-clash-2026-07-03/

Tarix: 13 sentyabr 2026-cı il
Məkan: Dəniz Mall Ticarət Mərkəzinin qarşısındakı meydan